Binanızın lifti artıq hər sakini tanıyır.
AZ PRO LIFT kartla girişi, sakinlərin mobil tətbiqini, aidat yığımını və binadakı elanları bir sistemdə birləşdirir. MTK hər şeyi bir paneldən görür, sakin isə telefonundan idarə edir.
YAXINLAŞDIR
Kartı seçin, lift necə qərar verir görün
MTK-nın hər gün həll etdiyi dörd məsələ
Yad adamlar liftlə istədiyi mərtəbəyə qalxır.
Hər kart yalnız sahibinin mərtəbəsini açır. Qonağı sakin telefondan buraxır.
Aidatı qapı-qapı gəzib yığmaq lazım gəlir.
Sakin abunəçi kodu ilə HÖP və ya bank terminalından ödəyir, ödəniş sistemə özü düşür.
Elan divara yapışdırılır, oxuyan az olur.
Bildiriş hər sakinin telefonuna gedir: bütün kompleksə, bir binaya və ya bir bloka.
Lift yalnız xərc gətirir.
Binadakı mağaza və salonların elanları tətbiqdə göstərilir, MTK icarədən və satışdan pay alır.
Üç tərəf, bir sistem
MTK paneldə işləyir, sakin tətbiqdən istifadə edir, liftdəki cihaz isə hər ikisinin qərarını yerinə yetirir.
Bütün kompleks bir ekranda
- Sakinlər, mənzillər və kartlar bir siyahıda, blok və binaya görə
- Yeni sakinə müvəqqəti şifrə; sakin sonra tətbiqdə öz şifrəsini qoyur
- Borclu sakinlər bir baxışda; lazım olsa müvəqqəti möhlət
- Nağd ödənişin qeydi və hər sakinin ödəniş tarixçəsi
- Aylıq və maliyyə hesabatı: gəlir, xərc, qalıq, Excel-ə ixrac
- Canlı giriş jurnalı: kim, nə vaxt, hansı lift
Kart evdə qalsa da lift işləyir
- Lifti tətbiqdən aktiv etmək: cihaz təsdiqləyəndən sonra "aktivdir" görünür
- Qonaq gələndə mərtəbəni 90 saniyəlik açmaq
- Ödəniş statusu və bitmə tarixi həmişə ana səhifədə
- MTK bildirişləri və onlara cavab yazmaq
- Öz giriş tarixçəsi və binanın elanları
Liftin özündə qərar verən cihaz
- RFID və Wiegand kart oxuyucuları ilə işləyir
- Bir cihaz 1-dən 32-yə qədər mərtəbə düyməsini idarə edir
- İnternet kəsiləndə yaddaşındakı icazəli kartlarla işləməyə davam edir
- Proqram yeniləməsi uzaqdan gəlir, liftə getmək lazım olmur
- İlişib qalsa özünü yenidən başladır və işə qayıdır
Lift sizin üçün pul qazanır
Sakinlər tətbiqə hər gün girir. Binadakı mağaza, salon və kafelər orada elan verir, super admin isə məhsul satır. MTK hər ikisindən pay alır.
Elan icarəsi
Mağaza və ya salon story, banner icarəyə götürür. İcarənin 30%-i MTK-ya düşür. Elan bir neçə kompleksdə göstərilirsə, pay baxış sayına görə bölünür.
Məhsul satışı
Sakin bannerdə "Al" düyməsini basır, sifariş qəbul olunur. Yalnız çatdırılan sifarişlər sayılır və onların 5%-i MTK-ya düşür. Sakinin şəxsi məlumatı MTK-ya görünmür.
Kompleks reklamdan imtina edə bilər. Onda sakinlərə icarə elanları göstərilmir.
Ödənişlər özü yığılır
Ödəniş sakinin özündən başlayır və MTK-nın heç bir əl işi olmadan bağlanır.
Sakin abunəçi kodu ilə ödəyir
HÖP, bank terminalı və ya bank tətbiqindən. Kod hər sakinə ayrıca verilir.
Ödəniş sistemə özü düşür
Sakinin statusu "ödənilib" olur, yeni bitmə tarixi hesablanır. Heç kim əl ilə yazmır.
3 gün qalmış xatırlatma
Müddət bitməyə yaxın sakinin telefonuna aylıq haqq ilə birlikdə bildiriş gedir.
Gecikən kart liftdə dayanır
Ödəyən kimi kart yenidən işləyir. Lazım olsa MTK müvəqqəti möhlət verir.
Nağd ödəniş də yeri var
Admin məbləği və ay sayını paneldə qeyd edir, kart dərhal aktiv olur.
Təqdimatdan işə düşməyə qədər dörd addım
Təqdimat və baxış
Binanı və liftləri görürük, lazım olan cihaz sayını və mərtəbə sxemini müəyyənləşdiririk.
Quraşdırma
Cihaz liftin mərtəbə düymələrinə qoşulur, kart oxuyucu kabinəyə yerləşdirilir.
Sakinlər sistemə köçür
Sakinlər, mənzillər və kartlar panelə daxil edilir. Hər sakin tətbiq üçün müvəqqəti şifrə alır.
Ödəniş qoşulur
Kompleks üçün HÖP və ya bank inteqrasiyası qurulur, aidat avtomatik yığılmağa başlayır.
Sistemi 30 saniyədə görün
Lift sizin üçün pul qazanır
Elan icarəsi və satışdan MTK-nın payı
Əsas özəlliklər
Kart, tətbiq, qonaq, borclular, bildiriş, hesabat
Ödənişlər özü yığılır
Abunəçi kodundan kartın dayanmasına qədər
Ən çox soruşulanlar
Bizim liftimizə uyğundurmu?
Cihaz liftin mərtəbə düymələrinə qoşulur və bir cihaz 32 mərtəbəyə qədər idarə edir. Liftin markası və idarəetmə sxemi ilk baxışda yoxlanılır.
İnternet kəsilsə lift işləyəcək?
Bəli. Cihaz icazəli kartların siyahısını öz yaddaşında saxlayır və müntəzəm yeniləyir, ona görə kartlar internetsiz də işləyir. Lifti tətbiqdən aktiv etmək üçün isə cihaz şəbəkədə olmalıdır.
Sakin kartını itirsə nə olur?
Kart paneldə dərhal söndürülür və sakinə yeni kart verilir. Kart sadəcə evdə qalıbsa, sakin lifti tətbiqdən aktiv edə bilər.
Ödəniş etməyən sakinə nə olur?
Müddət bitəndən sonra onun kartı liftdə işləmir. Ödəyən kimi giriş özü bərpa olunur. MTK lazım bilsə sakinə müvəqqəti möhlət verə bilər.
Tətbiq hansı telefonlarda işləyir?
iPhone və Android telefonlarda. Tətbiq Azərbaycan və rus dilindədir, sakin dili özü seçir.
Reklam göstərmək məcburidir?
Xeyr. Kompleks reklamdan imtina edə bilər. Onda sakinlərə icarə elanları göstərilmir, MTK-nın öz elanları və bildirişləri isə işləməyə davam edir.
Qiymət nə qədərdir?
Lift və mənzil sayına görə hesablanır. Pulsuz təqdimatda kompleksiniz üçün dəqiq təklif veririk.
Sisteminizi kompleksinizdə göstərək
Formu doldurun, sorğu WhatsApp-da hazır mesaj kimi açılacaq. Ya da birbaşa zəng edin.